Vaşinqtonda bayram yox, alver var

22:44 6.08.2025 2 905



Nigar ÖGEDAY





Tramp barış deyil, qazanc və imic peşindədir

Tramp, Azərbaycan və Ermənistan rəhbərlərini Ağ Evdə “sülh danışıqları” üçün qəbul edəcəkmiş. Xəbər Azərbaycan mediasında elə təqdim olundu ki, sanki Qarabağ yenidən işğaldan azad olunub. Ortada nə bir razılaşma var, nə bir sənəd - nə fal var, nə yumurta... Amma efirdə az qala zəfər tortu kəsəcəkdilər! Bəzi aparıcılar “dünya bizi danışır” deyə lovğalanaraq bu görüşü əllərində bayraq edib, xalqa sevinc aşılayır.

Amma sual budur: Azərbaycan mediası "Vaşinqton Post" qəzetində bu görüşlə bağlı yayımlanan xəbərin içində yazılan biabırçı sətirləri görmədi, ya bilərəkdən susur?

Baxın, o yazıda nələr deyilir:

“Bu iki keçmiş Sovet ölkəsi Dağlıq Qarabağın Azərbaycandan ayrılıb, Ermənistan idarəsinə keçməsindən bu yana on illərlə münaqişə içindədir. Ərazi əsasən erməni əhalidən ibarət idi; lakin Azərbaycan ordusu 2023-cü ilin sentyabrında nəzarəti yenidən ələ keçirdi və bir çox etnik erməni ərazidən qaçmaq məcburiyyətində qaldı.”

Bununla da bitmir. Trampın seçki vədi:

“120 min erməni xristian dəhşətli şəkildə zülmə məruz qalıb və zorla didərgin salınıb, Kamala Harris isə heç nə etmədi. Mən etnik təmizləməni dayandıracağam.”

Bu bəyanat Trampın 2024-cü ildə seçki öncəsi Truth Social platformasında etdiyi paylaşımda da öz əksini tapmışdı. O, "zulmə uğrayan xristianları qorumaq" vədi vermiş, Kamala Harrisi isə “120 min erməni xristianın dəhşətli şəkildə zülmə məruz qaldığı zaman susmaqda” ittiham etmişdi.

Yəni, Tramp nə demək istəyir: Azərbaycanın haqq mübarizəsini işğal, ermənilərin köçünü soyqırım, özünü isə xilaskar kimi təqdim edir! Və siz bu məqalədəki bu xəyanətə səs çıxarmadansa, bu görüşü bayram kimi təqdim edirsiniz.

Unutmayın, "Vaşinqton Post" təkcə qəzet deyil, yəhudi lobbisinin təsiri altında fəaliyyət göstərən qlobal təbliğat maşınıdır. Bu qəzet illərlə İsrailin törətdiyi qırğınları “özünümüdafiə” adıyla ört-basdır edib, fələstinli uşaqların qətliamına susub, amma bu gün Qarabağın azad olunmasını “etnik təmizləmə” kimi qələmə verir.

Eyni zamanda, bu qəzet hər zaman Ermənistanın tərəfində durub. Bunu da unutmayaq.

Azərbaycan mediası, bəs siz nəyin təbliğatçısısınız? Bu yalanlara cavab vermək ücün nə edirsiniz?

Bu ölkə tombaladan çıxmadı. Bu torpaqlar şəhid qanı ilə qorunur. Əgər bir jurnalistin, aparıcının, yazıçının bu sətirlərə deyəcək bir kəlməsi yoxdursa, onda bu xalqı aldatmağa da haqqı yoxdur.

Biz Qarabağı qopduğu üçün yox, işğal edildiyi üçün azad etdik! 1 milyon azərbaycanlı o torpaqlardan qovulub. İndi 120 min erməniyə görə uydurma “soyqırım” dastanı yazanlar ya gerçəkləri təhrif edir, ya da bilərəkdən yalan danışırlar. "Vaşinqton Post" isə onların başında gedir!

Hazırda sülh sənədindən çox, onun hansı ölkənin vasitəçiliyi ilə bağlanacağı ön plana çıxarılır. ABŞ, Rusiya və Avropa arasında sanki bir yarış başlayıb. Əslində, bu, təkcə vasitəçilik deyil, həm də bölgə üzərində kimin dominant olacağı mübarizəsidir. Hər kəs “sülh sponsorluğu” üzərindən regionda mövqe qazanmaq istəyir.

Unutmayaq, Trampın birinci prezidentlik dövründə ABŞ, Fransa və Rusiya münaqişənin həlli üçün ATƏT-in həmsədri idi. Onlar bizi 30 il yuxuda saxladılar, Qarabağ isə işğal altında qaldı.

Artıq, biz bu oyunların parçası olmaq məcburiyyətində deyilik. Ermənistana real sülh təklif etmişik. Əgər, qarşı tərəf bunu səmimi qəbul edirsə, bu, Azərbaycanın uğurudur. Yox, əgər növbəti bir hiyləgərlikdirsə, o zaman daha ciddi hazırlıqlar görmək lazımdır. Sülh istəyiriksə, bu, xalqın xəbəri və razılığı ilə olmalıdır. Əks halda, bu sənəd gələcəyin yeni münaqişəsinin toxumu olacaq.

Belə bir yazını oxuyub, heç nə olmamış kimi davranmaq, ABŞ-da keçiriləcək danışıqları "zəfər yolu" kimi təqdim etmək vətənə xəyanətdir. Biz qalib dövlətik! Masada qapı-qapı gəzməli olan biz yox, məğlub Ermənistan olmalıdır!

Bir ay öncə Azərbaycan və Ermənistan vasitəçi olmadan bir araya gəlib danışıq apara bildi. Deməli, nə ABŞ-a, nə Rusiyaya, nə də Avropaya möhtac deyilik. Əgər, qarşı tərəf Zəngəzur dəhlizinin açılmasını istəyirsə, bizim qarşımıza yox, Ermənistanın qarşısına qoyulacaq şərtlərimiz çoxdur. Təkcə 30 ildə Azərbaycana vurduqları ziyanın ödənməsi Ermənistanı 100 il məşğul edə bilər!

Burada bir haşiyə çıxmaq istərdim: Lap tutaq ki, Ermənistanla anlaşma imzaladıq. O anlaşmada hansı şərtlər var? Ən azından Qarabağı azad edən şəhidlərin ailələri, qazilər və onların yaxınları, Azərbaycanın müstəqilliyi üçün canından keçən insanlarımız, bu uğurda mübarizə verən xalqımız bu anlaşmanın içində nə olduğunu bilməlidir!

Tarixə baxın. 1999-cu ildə İstanbulda keçirilən sammitdə, mərhum Heydər Əliyev xalqın dirənişini səbəb göstərərək təslimiyyət sənədini imzalamadı. Müxalifətli-iqtidarlı, mediayla birgə bir milli iradə ortaya qoyuldu və Prezident də ona uyğun addım atdı.

Bəs indi nə dəyişdi?

Bu gün eyni ruhla səslənirəm:

Cənab Prezident, kaş ki, bu görüşə getməyəydiniz.

Qarşınızda sözü üzərində durmayan, Zəngəzuru bele sadəcə barış ödülü ücün istifadə edən bir Tramp var. Onun üçün öncə “din qardaşları” gəlir. Sizi yarı yolda qoymaqdan çəkinməz!

Ey Azərbaycan mediası! Hər diplomatik təmas “sülh gəlir” deyə təqdim olunmamalıdır. Media xalqın vicdanıdırsa, indi susmaq yox, həqiqəti söyləmək zamanıdır.

Sülh üçün “inandırılmalı” olan tərəf biz deyilik. Biz döyüş meydanında qalib gəldik. O masada son sözü də biz deməliyik!

Ümid edirəm, İlham Əliyev bu mərhələdə də iradəsini nümayiş etdirəcək, Nobel üçün qurulan o teatr masasını dəmir yumruğu ilə dağıdıb, siyasi gücünü göstərəcək.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}