"İsrailin İranla müharibəsi reallıqdır. Artıq İsraili dəstəkləyən Qərb koalisiyası yaradılır. Ərəb ölkələrindən ibarət koalisiya da formalaşma mərhələsindədir".
Bakupost.az xəbər verir ki, bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tandeminin anti-İran qüvvələrinə dəstəyinin miqyası Tehranın Azərbaycana qarşı hansı kursu seçməsindən asılıdır.
"Qərbdəki antiazərbaycan və antitürk qüvvələr bu tendensiyanı dəyişmək məcburiyyətində qalacaqlar. Anna Akopyan daha İrana səfər etməyəcək. İranın Zəngəzurdakı konsulluğu yaxın vaxtlarda bağlanacaq", - Tofiq Zülfüqarov qeyd edib.
Becan.az