"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və dövlət sərhədinin açılması prosesi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra başlayacaq. Türkiyə bu yanaşmasını dəyişməyəcək".Xəbər verilir ki, bu sözləri erməni politoloq Ruben Safrastyan deyib.
O xatırladıb ki, Rusiyanın regiondakı rolu zəifləyib, Türkiyənin təsiri isə artıb:
“Buna görə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması Türkiyə tərəfinin marağındadır”. Becan.az