Bir mübarizə hekayəsi: Roza İbadova Kocamaz - FOTOLAR

12:33 17.12.2025 1 050
Bir mübarizə hekayəsi: Roza İbadova Kocamaz - FOTOLAR

Bu gün sizə Azərbaycandan yola çıxaraq işini, qurduğu nizamı, sevdiklərini arxada qoyub Türkiyəyə gələn və burada hər şeyə sıfırdan başlayan bir sənətçidən danışmaq istəyirəm. O, Roza İbadova Kocamazdır.


Məni yaxından tanıyanlar yaxşı bilir ki, söhbət millətdən, dövlətdən və əməkdən gedirsə, əsla susmaram. Fikrimi deməkdən, haqqı deməkdən yorulmaram. Uzun illər mərhum millət vəkilimiz, dəyərli həmkarım Qənirə Paşayeva ilə Türkiyədə həyata keçirilən bir çox layihələrdə birlikdə çalışmışam. Yəni, bu yollar mənə yad deyil, mübarizəni kənardan seyr etməmişəm.


Tam səmimiyyətimlə deməliyəm ki, Qənirə xanımdan sonra tanıdığım ən enerjili, ən intizamlı və işinə ən böyük məsuliyyətlə yanaşan mübarizə insanlarından biri Roza İbadovadır. Bəlkə də elə buna görə tənbəlliyi vərdiş halına gətirmiş, ortada dolaşıb kənardan bəslənən, yalnız reklam dalınca qaçanlar tərəfindən çox da sevilmir. Çünki belə insanlar həqiqi zəhməti həmişə narahatedici hesab edirlər.


Mən bunu düz 30 ildir yaşayıram. Görülən işləri görməyib, xoruzun altında yumurta axtaranlar, hər fürsətdə arxadan danışanlar həmişə olub. Amma mən Allahın yazdığı qismətə inananlardanam. Elə buna görə də Roza İbadovanı sevirəm. Çünki kim nə edirsə-etsin, o öz mübarizəsindən, xalqına xidmət idealından heç vaxt vaz keçmir.


Bəzən düşünürəm: bizim 20–30 ilə Türkiyədə edə bilmədiklərimizi Roza İbadova Kocamaz 10 ilə bacardı. Bunun ən açıq sübutu təkcə son dörd gündə gördükləridir.


12 dekabrda Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Karşıyaka Bələdiyyəsi ilə birgə təşkil etdiyi Heydər Əliyevi anma proqramına aparıcılıq etdi. Soyuq havada, abidənin önündə saatlarla hündürdaban ayaqqabılarla ayaq üstə dayanaraq tələbələrə, siyasi partiya təmsilçilərinə, QHT-lərə ayrı-ayrılıqda diqqət göstərmək asan iş deyildi. (Heydər Əliyevin vəfat ildönümündə tort kəsib ad günü qeyd edənlərin Roza xanımı anlaması onsuz da mümkün deyil.)


Bir gün sonra, təxminən 200 nəfərin qatıldığı, əksəriyyəti Azərbaycandan gəlib Türkiyədə təhsil alan gənclərdən ibarət geniş toplantıda beş saata yaxın proqram apardı. Alimlərdən QHT nümayəndələrinə, dərnək sədrlərindən Türk dünyasının müxtəlif bölgələrindən İzmirə gələn qonaqlara qədər, hər kəslə tək-tək maraqlandı. Bu, hər igidin işi deyildi. Roza bacardı.

13 dekabrda Heydər Əliyevi anma konfransını da uğurla idarə etdi.


14 dekabrda isə bu “balaca qız”, böyük bir davanın parçası kimi, İzmir Böyükşəhər Bələdiyyəsinin Türk dünyasına həsr olunmuş tədbirində idi. Başdan-ayağa milli bir duruşla… Azərbaycan milli geyimində səhnəyə çıxdı; Türk dünyasından İzmirə gələn tələbə və alimlərin qarşısında, Qənirə Paşayevanın qələmindən çıxan Türk tarixini o güclü və təsirli səsi ilə anlatdı.

Bununla da bitmədi.


15 dekabrda, yenə İzmir Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü tədbirində tələbələrlə birlikdə sənətçi dostlarını dəstəkləmək üçün meydanda idi.

Mənim son dörd gündə gördüklərim yalnız bunlardır. Son bir ildə etdiklərini yazmağa başlasaq, ayrıca bir kitab olar.


Amma etiraf edək: bizim cəmiyyətdə belə çalışan, yaradan, mübarizə aparan insanları sevənlər olduğu kimi, sevməyənlər də var. Ona görə, mən, sadəcə Roza xanımın sevənlərinə salam göndərirəm. Səhnədə olarkən Türk dünyasına və dəyərlərinə ünvanladığı o möhtəşəm salamdan…

Sevməyənləri isə Allaha həvalə edirəm. Öz həyatımda etdiyim kimi.

Mövlam nə eylərsə, gözəl eylər. Nöqtə.












Nigar ÖGEDAY
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO