20 min manat tələbi, bir ailəyə qarşı zorakılıq və... - Şirvan Milli Parkında dəhşətli mənzərə - FOTO

12:27 23.12.2025 567
20 min manat tələbi, bir ailəyə qarşı zorakılıq və... - Şirvan Milli Parkında dəhşətli mənzərə - FOTO

Şirvan Milli Parkı ərazisində bir ailəyə, onun təsərüfarına qarşı nə qanunçuluğa, nə də insanlığa sığmayan zorakı addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri məhkəmə qərarını heçə sayaraq bir ailəni qışın ortasında təsərrüfatından zorla çıxarıb, yüzlərlə heyvan isə səhraya buraxılıb və tələf olur.

Təsərrüfatın sahibi Əmir Abdullayev Bakupost.az-a müraciət edərək, səsinin aidiyyəti qurumlara çatdırılmasını xahiş edib, onlardan aman diləyib.

Onun sözlərinə görə, 1963-cü ildən etibarən Şirvan ərazisində heyvandarlıqla məşğul olan Abdullayevlər ailəsinə qarşı son bu aylarda məqsədli təzyiqlər başlanıb. Ailənin başçısı Əmir Abdullayevin sözlərinə görə, Şirvan Milli Parkına yeni təyin olunmuş direktor Nizaməddin Tağıyev onlardan park ərazisində qalmaq üçün 20 min manat pul tələb edib.

O iddia edir ki, bu məbləği ödəməkdən imtina etdikdən sonra vəziyyət kəskin şəkildə dəyişib.

“Pulu vermədik, əməkdaşlar göndərildi”

Ailə üzvlərinin sözlərinə görə, Nizaməddin Tağıyevin göstərişi ilə parkın əməkdaşları fermaya göndərilib və məcburi qaydada heyvanlar ərazidən çıxarılıb:

“Dedilər ki, ya çıxırsınız, ya da heyvanları buradan aparırıq. Heç bir sənəd, heç bir qərar göstərilmədi.”

Əmir Abdullayevin sözlərinə görə, Apelyasiya Məhkəməsi nazirliyin iddiasını təmin etdikdən indiki vaxta qədər həmin ərazidə qalmaq üçün müəyyən vəsaitlər ödəyiblər və bunu sübut edəcək ödəniş çekləri qalır. Lakin yeni direktor vəsaiti xeyli qaldırdıqdan sonra aradakı münasibət korlanıb. Buna görə də ailə Salyan məhkəməsinə müraciət edərək ərazini boşaltmaq üçün 6 ay möhlət istəyib. Məhkəmə də iddianı təmin edib. Lakin bu qərar nazirlik əməkdaşları tərəfindən saya salınmayıb, onların dərhal ərazini tərk etməsini tələb ediblər. Hətta, buna nail olmaq üçün əraziyə hücum çəkərək, Abdullayevlərə qarşı qeyri-insani hərəkətlər ediblər.

İddialara görə, park əməkdaşları qoyunları və digər heyvanları tövlələrdən çıxarıb, 5–6 kilometr uzaqlıqda, səhralıq əraziyə buraxıblar. Bundan başqa, ailənin fermaya yaxınlaşmasına və heyvanlara sahib çıxmasına imkan verməyiblər.

Yeni doğmuş quzular səhrada qaldı

Ən faciəli məqam isə odur ki, səhraya buraxılan heyvanların böyük hissəsi yeni bala vermiş qoyunlar olub. Onlar bir ərazidə, quzular isə başqa tövlədə saxlanıldıgı üçün körpə quzular tələf olmağa başlayıb.

“Qışdır, səhradır, nə yem var, nə su. Quzular anasını tapmır, aclıqdan qırılırlar. Bu, artıq faciədir”, - deyə təsərrüfat başçısı bildirib.

Məhkəmə qərarı niyə icra olunmur?

Qeyd etdiyimiz kimi, Salyan Rayon Məhkəməsi 10 dekabr 2025-ci il tarixli qərarla Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin icrasına 6 ay möhlət verib. Qərarda açıq şəkildə göstərilir ki, qış mövsümündə dərhal icra ailənin hüquqlarını poza bilər.

Lakin ailənin iddiasına görə, park rəhbərliyi bu qərarı tanımır və açıq şəkildə bildirir ki, “məhkəmə qərarı məni maraqlandırmır”.

Heyvanlara sahib çıxmağa imkan vermirlər

Ailə bildirir ki, heyvanları geri qaytarmaq istəyirlər. Fermaya yaxınlaşmaq üçün yalvarsalar da, xeyri olmayıb. Park rəhbərliyi Abdullayevlərə möhlət vermək niyyətində deyil.

Hazırda ailə nə fermaya girə, nə də heyvanlara nəzarət edə bilir.

“Bu, rüşvət iddiasıdır və araşdırılmalıdır”

Ailənin iddiasına görə, baş verənlərin kökündə 20 min manatlıq tələb dayanır. Onlar bildirir ki, pul ödənilmədiyi üçün bu zorakı addımlar atılıb. Ailə sübut üçün əlindəki materialları aidiyyəti qurumlara təqdim etməyə hazırdır.

Hazırda ailə Baş Prokurorluqdan, Ombudsman Aparatından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
təcili araşdırma aparılmasını, Salyan rayon məhkəməsinin qərarının icra olunmasını və heyvanların tələf olmasının qarşısının alınmasını tələb edir.

Qeyd: Mövzunu diqqətdə saxlanılır. Şirvan Milli Parkının rəhbərliyinin və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.










Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO