Rusiya böyük itkilər verdi, bu şəhəri itirdi...

11:22 25.12.2025 994
Rusiya böyük itkilər verdi, bu şəhəri itirdi...

Kupyansk şəhəri və ətrafı hazırda Ukrayna ordusunun nəzarətindədir.

Xəbər verilir ki, bu barədə Rusiya hərbi müxbirləri və kremlyönlü Teleqram kanalları məlumat yayıb.

“Kupyanskdakı vəziyyət əvvəllər gözləniləndən daha pis ola bilər. Gələn məlumatlara görə, düşmən (Ukrayna ordusu – red.) ehtiyat qüvvələri yeritmək və havadakı dronlarının sayını artırmaqla Moskovka, Sobolevka və Radkovkada uğur qazanıb. Düşmən bölmələrimizi əsas qüvvələrdən ayırmağa və cəbhədə vəziyyəti düzəltməyə çalışır”, - “Dva mayora” teleqram kanalı yazıb.

Kanalın məlumatına görə, Kupyanskın ələ keçirilməsi ilə bağlı xəbərlərdən sonra Rusiya ordusunun bəzi bölmələri aktiv döyüş üçün ödənişlərin dayandırılması ilə üzləşib və ehtiyat qüvvələr digər ərazilərə köçürülüb, buna görə də qoşunlar hətta faktiki olaraq ələ keçirdikləri xətlərdə belə birləşə bilməyiblər:

“Yəni, Kupyanskdakı informasiya və psixoloji əməliyyatla düşməni yox, özümüzü məğlub etdik”.

Digər hərbi teleqram kanalı “Rıbar” da Kupyanskda vəziyyətin dəhşətli dərəcədə pis olduğunu yazıb:

“Bu yaxınlara qədər Rusiya ordusu Kupyansk rayonunda ələ keçirilmiş 11 kənddən yalnız üçünü (Kondraşovka, Radkovka və Moskva) faktiki olaraq nəzarətdə saxlayırdı. Ruslar artıq bu kəndlərə də nəzarəti itirib”.

“Voennıy Osvedomitel” teleqram kanalı qeyd edib ki, Rusiya ordusu şəhəri tamamilə itirib:

“Amma hamı medal aldı. Görünür, gələcəkdə Kupyanskın üçüncü dəfə azad edilməsini gözləmək lazım gələcək”.

Kremlə yaxınlığı ilə bilinən “Kremlyovskaya Tabakerka” kanalı Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb ki, Kupyanskda vəziyyət faciəvidir, böyük itkilər var:

“İtkilər o həddədir ki, “xüsusi hərbi əməliyyat”ın əsas məqsədlərinə çatmaq artıq təhlükə altındadır. Məsələn, indi Donetski tamamilə azad etmək daha çətin olacaq”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}