Fevralın 1-də Bakının Xətai rayon məhkəməsində insan haqları üzrə fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs-qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət təmin edilməyib.
Bu barədə "Turan.az"-a hüquq müdafiəçisi Rüfət Səfərov bildirib. Onun sözlərinə görə, məhəkəm prosesinə ictimai fəal Bəxtiyar Hacıyev də gətirilib. O, bir daha məhkəmə prosesində həbsinin siyasi sifariş olduğunu bildirib.
Vəkillər birinci instansiya məhkəməsindən apellyasiya şikayəti verəcəklərini bildirib.
Becan.az