Bir şeirin tarixçəsi... - Xeyrulla Ağayev yazır

21:51 4.02.2023 2 757
Bir şeirin tarixçəsi... - Xeyrulla Ağayev yazır

Həmişə dostlar, ziyalılar arasında görüşlərimizdə, söhbətlərimizdə, gənclik xatirələrindən söz düşəndə saçlarımla - görünüşümlə bağlı mənə deyirlər: "Necə olub ki, başın ağarmayıb?.." Cavabında, yarızarafat-yarıciddi, belə bir ifadəm var, deyirəm, "Dahi Azərbaycan filosofu Xeyrulla Ağayev XII əsrdə deyib ki, başı özbaşına buraxmazlar.")))

Bu yaxınlarda Moskvadan tələbə dostum gəlmişdi - Nəsib Nəbioğlu. AYB Moskva bürosunun rəhbəridir. Dost gəlişi bayram olar - deyiblər... 4 tələbə yoldaş- Nəsib Nəbioğlu, Sabir Mahmudov, Valeh Nəsibli və XII əsrdən gəlmiş mən... görüşüb oturdug... Onların üçünün də başı ağappag... Yenə həmin sual: "Başın niyə ağarmayıb?"... Yenə həmin cavabım... və Nəsib dedi ki, "bu söz məni tutdu, əmioğlu... hökmən bu sözə şeir yazacam"... 6-7 saat çəkən söhbətimiz zamanı o dəfələrlə bu ifadəyə eyham atdı. Duydum ki, Söz yaman tutub "əmioğlu Nəsibi"... Və bir neçə gün əvvəl Moskvadan şeiri yazıb göndərdi səhifəmə. və XII əsr reallığını nəzərə alaraq, "Xeyrulla ibn Soltana" yazıb...)))

"Xeyrulla, salam! Sağ-salamat gəlib çatdım. İnternetimi dünən açdırmışam. İşlərim çoxdur. Salamatçılıq olsa, noyabrın 15-də gələcəyəm Bakıya. Mütləq görüşəcəyik. Sənə yazdığım şeiri göndərirəm. Məndən Valehə salam deyərsən!

Nəsib NƏBİOĞLU

Bu başı qoymadım özbaşına mən
(XII əsr tələbə dostum Xeyrulla ibn Soltana)

Bu başa əzəldən diqqətim olub,
Ona böyük sayqım, hörmətim olub,
O məni ucaldıb, şöhrətim olub olub,
Bu başı qoymadım özbaşına mən!

Min dərdli, acılı günü gözəldi,
Dumanı gözəldi, çəni gözəldi,
Allah qismətidi, dəni gözəldi,
Bu başı qoymadım özbaşına mən!

Neyləyim, ağrısı, qovqası varmış,
Dünyaynan cəncəlli davası varmış,
Bir vətən sevdalı havası varmış,
Bu başı qoymadım özbaşına mən!

Boş yerə bu başdan mən çətin keçəm,
Demərəm tənhayam, yalqızam, heçəm,
Sonu görünməyən karvanam, köçəm,
Bu başı qoymadım özbaşına mən!

Nadanlar uzaqdan baxıb gülsə də,
Bu baş nələr çəkib bilən bilsə də,
Bu başdan başıma bəla gəlsə də,
Bu başı qoymadım özbaşına mən!

Sözə arxalanıb, sözdən keçmişəm,
Təpədən, dərədən, düzdən keçmişəm,
Alovdan keçmışəm, közdən keçmişəm,
Bu başı qoymadım özbaşına mən!

Qınadım ürəyi daş olanları,
Ağladım gözləri yaş olanları,
Sevdim qeyrətində baş olanları,
Bu başı qoymadım özbaşına mən!

Döndüm yurdun əsl vətəndaşına,
Əyilib üz qoydum vətən daşına,
Bu başı qoymadım başlı-başına,
Bu başı qoymadım özbaşına mən!

Sevdam bir çiçəyin, yarpağın altda,
Ruhum göydə, çismim torpağın altda,
Onu qorumuşam papağın altda,
Bu başı qoymadım özbaşına mən!


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}