Azərbaycan Ordusunun hərbçiləri zəlzələnin nəticələrini aradan qaldırmaq işlərinə kömək göstərmək üçün qısa müddətdə Türkiyəyə yola düşəcək.
Bu barədə “TGRT Haber” məlumat yayıb.
“Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.
Becan.az