Türkiyənin zəlzələnin əsirinə çevrildiyi bir vaxtda daha bir zəlzələ xəbəri Qazaxıstandan gəldi.
Qazaxıstan ərazisində 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental ekspedisiyası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar xüsusilə Çimkəntdə(Qazaxıstanın cənubunda respublika əhəmiyyətli şəhər) və Tarasda hiss olunub.
Bir daha xatırladaq ki, bu gün səhər və günorta saatlarında Türkiyə və Suriyada da güclü zəlzələ baş verib. Türkiyədəki zəlzələ Naxçıvan və Lənkəranda da hiss edilib.
Bundan başqa, Gürcüstanda, İsraildə, hətta ABŞ-nin Nyu-York şəhərində də zəlzələ olduğu xəbərləri yayılmaqdadır.
Becan.az