Bu gün baş vermiş zəlzələnin nəticəsi olaraq, çoxsaylı insan təlafatına görə, Türkiyə ərazisində 7 günlük matəm elan olunub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında paylaşım edib.
R.T.Ərdoğan bildirib ki, fevral ayının 12-si gün batanadək bütün ölkədə və xarici təmsilçiliklərdə bayraqlar yarıya qədər endiriləcək.
Qeyd edək ki, hazırki statistikaya görə, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 1651-ə çatıb.
Becan.az