Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bütün bayraqlar yarıya endirilib.
Brüsseldə NATO qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik əlaməti olaraq, zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər yarıda qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada, “Bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bu yana ölkəmizə göndərdikləri yardıma görə, müttəfiqlərimizə səmimi təşəkkürümüzü bildiririk”, - qeyd olunub.
NATO-nun sözçüsü Oana Lungesku NATO üzvü olan ölkələrin zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər etdiklərini bildirib.
Becan.az