"Azərbaycan başda olmaqla, onun yanında İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstəyini ifadə ediblər".
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən daha çox zərər çəkən bölgələrdən biri - Hataydakı çıxışı zamanı deyib.
"Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm. Axtarış-xilasetmə əməliyyatlarında 18 ölkə nümayəndələri iştirak edir... Proses davam edir. Hataydakı universitet xəstəxanası da artıq xəsarət alanları qəbul etməyə başlayacaq", - deyə, Ərdoğan bildirib.[/b]
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.
Becan.az