“Əkinçi”dən göyərən dəyər “biçinçi” orağına tuş gəlib

14:16 9.02.2023 1 398
Yaxud, mətbuatın azadlıq qapıları, heç olmasa yarıya qədər, açılacaqmı?..








Seymur ƏHMƏD







Azərbaycanın müstəqil mətbuatı dağıla-dağıla, sökülə-sökülə, uçula-uçula... getməkdə davam eləyir. Bünövrəsini Həsən bəy Zərdabidən hesablayırlar... Olsun! O bünövrənin üstündəki mərtəbələrin hörülməsində, - “Əkinçi”dən 1991-dək öz yerində, - 91 müstəqilliyindən sonra yazmış, yaratmış, bu gün də peşəsinə sadiq istedadlı jurnalistlərin də əməyi var(Dünyasını dəyişənlərə min rəhmət!).

Əlbəttə, söhbət jurnalistlərdən gedir!..

Əvvəla, çoxları bilir ki, demokratik ölkələrdə mətbuat hakimiyyətin 4-cü qoludur. Yəni, qanunverici, qanun icraedici, qanun müdafiəedici dövlət orqanlarından sonra, qanuna nəzarət mexanizmini, məhz mətbuat həyata keçirir. Əvvəlki 3 qola mətbuat nəzarət eləyir ki, cəmiyyətlə hakimiyyət arasında münasibətlər cızığından çıxmasın. Bu mənada ki, idarə eləyənlə idarə olunan arasında etiraz aksiyasına, iğtişaşa, dəyənəyə, dəmir barmaqlığa ehtiyac olmasın, tərəflər mətbuat vasitəsilə, sivil qaydada bir-birinə irad, yaxud təşəkkür bildirsin... Bu gün belədirmi?..

Nə Avropadan, nə keçmiş sovetçilərdən, nə də qonşulardan nümunələr gətirəcəm, eləcə öz içimizdən bəhs eləyəcəm. Elə hesab eləyək ki, dünyada bizdən başqa kimsə yaşamır, - nə quru sahəsi var, nə də onun üstündə dövlət!..

Bu gün müstəqil mətbuatın “anası” zülüm-zülüm ağlayır, naləsi göyləri deşir. Nöşün ki, 21-ci əsrin 2-ci onilliyində satış hesabına ayaq üstə duran bir yazılı mətbu orqan – qəzet, jurnal yoxdu, öz təmiz gəlirləri ilə özünü maliyyələşdirən bir elektron media göstərmək olmaz:

- bir para yazılı və elektron media qurumu hakimiyyətin tabağından eşir;
- bir azcıq mətbu nümunə qrant-filan hesabına əlləşir;
- özünü müstəqil sanan bir hissə qəzet və saytlarsa ortada yetim qaldığından, odsuz-ocaqsız bişir;
- bir qisim də var ki, onlar “rüşvətlə karlanan məmur seyflərinə tilov atmaqla” başını girələyir...


Mövzudan yayınmayım, fikrimi haparlayıb-toparlayıb, bu gün müstəqil mətbuatımızın “anasını-dədəsini” yesir gününə qoyanların qanun adına qəbul elədikləri “məngənəyə” cəmləşdirmək istəyirəm. Mətbuatımızın evi onda yıxıldı ki, hakimiyyətin mətbuata məsul qurumları qəzet və saytlar arasında ayrı-seçkilik salaraq, bəzisinin “çiyninə əlini”, bəzisinin “kürəyinə ayağını” qoydu. İçində müstəqillik, azadlıq eşqi olan yaradıcı jurnalistlər ayaq altında qaldı... Mətbuatı “əl quzusu”na çevirmək əvəzinə, onların hamısına yaradıcılıq, inkişaf yolu açmaq, ən azından sıxmamaq, yollarına qayalar diyirlətməmək lazım idi. Bax, onda, sövq-təbii, jurnalistikanın “safı bir yan, tozu bir yanlıq” olacaqdı. Peşəni, yolu, kodeksi, qanunları bilən təsisçilərin media orqanları cəmiyyətin rəğbətini qazanacaqdı(necə ki, qazanmışdı) və reklam bazarını ələ alacaqdı – həm qidalanacaqdı, həm qidalandıracaqdı. Daha media reystrinə, media inkişaf agentliyinə, media qanunlarında dəyişikliyə ehtiyac qalmayacaqdı...

Bilin ki, 91-dən bəri mətbuat ənənələrini yaşadanların, inkişaf etdirənlərin, bəlkə də yarısı, heç jurnalistikada oxumayıb, amma həm savadlıdı, həm də istedadlı. Məhz onların iştirakıyla ölkənin ağır, ac, təhlükəli vaxtlarında, yarıac-yarıtox, içlərində millət, dövlət sevgisi, mətbuatı nəinki büdrəməyə qoymadılar, əksinə, onu inkişaf yolu ilə aparmağı bacardılar. Çünki onlara istedadı hansısa məmur, yaxud təhsil ocağı verməyib, Allah vergisidi istedad. Yüz diplom alsa da zehni kütlər, onlar nə düşünə, nə yaza bilərlər, uzaq başı, kiminsə sözünü başqasına çatdırmaq gücündə olarlar. İndi yeni qanun deyir ki, ancaq jurnalistkanı bitirənlər jurnalist sayılacaq. Kimin gözündə?..

Yaxud, hər gün 20 özəl informasiyası-yazısı olmayan sayt media reystrində qeydiyyata alınmayacaq və yayımlarına “stop” qoyulacaq... 20 özəl yazı hazırlamaq üçün saytın, ən azından, 10 müxbiri olmalıdı. Buna da maliyyə lazımdı. Maliyyə hardadı? – MİA-nın qılıncının o biri tərəfində! O qılıncın altındansa hər baş keçə bilməz. Keçənlər də onsuz da bir-birindən köçürtməklə məşğuldu!..

MİA-nın maliyyələşdirdiyi saytların, qəzetlərin çoxunda xalqın acınacaqlı vəziyyətdə yaşayan təbəqəsinin dərd-sərindən, hansısa böyük məmurun rüşvətxorluğundan, yaxud mətbuatın öz problemlərindən yazılar görünmür. Məncə, bu gedişlə, heç görünməyəcək də. Çünki “çörək verən” “papaq eləməsə”, onların ölkədə baş verən neqativ hallara özbaşına münasibət bildirmək hüqüqu yoxdu! Amma vurulan nazirlərin, başçıların “astarını üzünə” görürsüz necə çevirirlər?.. Onların da arasında peşəkar jurnalistlər var, amma və lakin “ağuyə dönmüş çörək” imkan vermir göz açıb ətrafa boylanmağa!.. Xalqın istedadlarını çörəklə imtaha çəkib, iradəsini əyirsiz, istedadını məhv eləyirsiz!.. Siz, ən aşağı statistik yaşam tərzini təmin etməklə, özünüzə lazım olan mətbuat orqanlarını tamamilə mütiləşdirməklə, robotlardan ibarət cəmiyyətmi formalaşdırmaq istəyirsiz?.. Yəni, bu ölkəni kənarlarda cənnət bilməlidilər, idarəçilikdəki bircə nöqsan belə kənara sızmamalıdı, eləmi?.. İstəməyən kor olsun, - qurun, yaradın elə bir ölkə, dövlət, cəmiyyət ki, mətbuat da sizi ancaq mədh eləsin... Bu qədər olan-olmayan işlərinizi vəsf eləyən media növü var, 3-5 saytın, qəzetin qüsurları qabartması niyə sizi bunca narahat eləyir? Yoxdu axı dünyada elə bir dövlət, cəmiyyət ki, qüsursuz olsun. Ən yaxşı təlim-tərbiyə görmüş kiçik bir ailə də nöqsanlardan xali deyil! “Biz hamıdan safıq, ağıllıyıq, güclüyük” – deyib, nəzərləri üstünümüzə çəkməkdənsə, o dəyərlərə doğru hamılıqla var gücümüzlə addımlamalıyıq – səhvlərimizi görə-görə, deyə-deyə, aradan qaldıra-qaldıra! Yoxsa, onsuz da inan olmayacaq...

Bilirsiz M.Ə.Rəsulzadə Üzeyir bəyin millətin taleyi sarıdan pəjmürdə olmağının müqabilində nə demişdi?.. Demişdi ki: “Nə qədər ki, savadsız mirzələrin içində Mirzə Fətəli, qaragüruh seyidlərin içində Seyyid Əzim, fırıldaqçı baqqalların içində Sabir var, bu millətin gələcəyi qaranlıq ola bilməz!”... Üstünə çətir çəkdiyiniz medianın tərkibində də istedadlar boğulur. Buraxın nəfəs alsınlar! Buraxın mətbuatı qanunlar hədəqəsində öz axarı ilə inkişaf eləsin! Bu, həm də öz xeyirinizədi...

İnsanlar Allaha dua eləyəndə, əsasən “Bizi sağlamlıqla və çörəklə imtahana çəkmə” arzusunu dilə gətirirlər. Bəs insanın insanı çörəklə imtahana çəkib, boyunduruğa salıb, istismar eləməsinin, beynini işğalda saxlamasının elmi, məntiqi, loru... mənası necə adlanır?.. Deyə bilərsiz?!.

Hörmətli, MİA və rəhbərləri. Yuxarıda qeyd elədim ki, mətbuat hakimiyyətlə əhali arasında əlaqə körpüsüdü. Bunu, dövlət rəhbəri də dəfələrlə çıxışlarında səsləndirib. Çünki O da gözəl bilir ki, mətbuat dövrün aynasıdı, ölkə daxilində baş verən prosesləri izləmək üçün media ən rahat vasitədi. Bu səbəbdən də mətbuata mütləq azadlıq lazımdı. Əzilənin, yıxılanın səsi, rüşvətxorun, quldurun, xainin sədası mətbuat vasitəsilə birinci şəxsə çatır. Odur ki, hakimiyyətin dördüncü qolunu qırıb atmayın, ölkə başçısının ölkəyə baxdığı güzgünü sındırmayın! “Əkinçi”dən gələn dəyəri “biçinçi” orağına möhtac eləməyin!..

Zaman dəyişəcək, dövranlar ötüşəcək, bütün tarixi-mənəvi-mədəni dəyərləri gələcəyə bu ölkənin, xalqın istedadlı, savadlı alimlərinin, ədiblərinin, jurnalıstlərinin yazıları daşıyacaq. İstəsək də, istəməsək də, bu, tarixən belə olub. Media haqqındakı yeni qanunların qapatdığı azadlıq qapılarını istedad sahiblərinin üzünə, heç olmasa yarıya qədər, açın!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO