Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin "Fəxri Legion" ordeninin "Böyük Xaç" titulundan məhrum edilməsinin mümkünlüyünü istisna etməyib.
APA xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.
Qeyd olunub ki, Makron bunu Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilmiş zirvə görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O həmçinin vurğulayıb ki, Vladimir Putinin 2006-cı ildə sabiq prezident Jak Şirak tərəfindən təltif edildiyi fəxri addan məhrum edilməsi simvolik, lakin vacib məsələdir.