Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.
Azərbaycan Futzal Federasiyasından “Report”a verilən məlumata görə, o, Almaniya və Latviya yığmaları arasında keçiriləcək DÇ-2024-ün Avropa zonası üzrə seçmə matçında iş başında olacaq.
E. Səmədli Rumıniyadan olan hakimlər briqadasının işini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma martın 3-də gerçəkləşəcək.