Bu gün Abşeron-Xızı təhsil idarəsinin, Çaylı kənd orta məktəbinin Direktoru Nihalə Həşimova və müəllimləri saat 11-də məktəbdə tədrisi dayandıraraq, şagirdləri təcili evlərinə göndəriblər(?)... Məqsəd isə yıgdıqları pulla, sinif otagında bir müəllimənin ad gününü qeyd etmək olub...
Yenixeber.org xəbər verir ki, bu haqda jurnalist Abuzer Ceferli öz FB səhifəsində yazıb:
Azərbaycan Təhsilinin gününə baxın, ey insanlar!!! Bu gün Abşeron-Xızı təhsil idarəsinin, Çaylı kənd orta məktəbinin Direktoru Nihalə Həşimova və müəllimləri saat 11-də məktəbdə tədrisi dayandıraraq, şagirdləri təcili evlərinə göndəriblər..? Məqsəd isə yıgdıqları pulla, sinif otagında bir müəllimənin ad gününü qeyd etmək olub... Müəllimənin ad gününü mən də təbrik edirəm... Düzdür, amma elə deyil... Sinif otagı ad günü keçirmək üçün deyil, tədris üçündür...
Mətbuat olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.