Şəfa məktəbi - sağlamlıq, xoşbəxtlik, uzunömürlülük

22:39 18.02.2023 2 152
Becan.az tanınmış sağlam həyat təbliğatçısı Ərşad Əzimzadənin sağlamlıq haqqında diqqət çəkən yazılarını oxucularına təqdim edir.

Şəfa məktəbi - sağlamlıq, xoşbəxtlik, uzunömürlülük
Müalicə müharibədir

Dünya şöhrətli loğman, Hippokrat məktəbinin davamçısı İBN SİNA deyirdi ki, müalicə əsl müharibədir. Müharibənin isə öz qanunu var: güclü qalib gəlir, aciz isə məğlub olur.

Dahi təbibin bir gözəl kəlamı da var: "Savaş meydanında 3 qüvvə var: xəstəlik, xəstə və təbib. Aparıcı qüvvə xəstədir. Əgər xəstə xəstəliklə müttəfiq olursa, təbib qalır tək və məğlub olur. Əgər xəstə təbiblə müttəfiq olursa, xəstəlik tək qalır və məğlub olur".

Xəstənin xəstəliklə müttəfiq olması nə deməkdir:

1. Canlı qidalara (Günəş işığı, təmiz hava, çiy su, çiy meyvə, çiy tərəvəz) arxa çevirib, ölü qidalarla (çörək və un məmulatları, ət və ət məmulatları, yağ, şəkər və şirniyat, çay, kofe, kakao), papirosla, spirtli içkilərlə dostluq edərək, mikroblar və bakteriyalar üçün zəngin yem bazası yaratmaq, hüceyrələri ac qoymaq;

2. Gündəlik rejimə əməl etməmək;

3. Az hərəkət etmək, çox oturmaq, ekran qarşısında çox oturmaq, telefonla çox danışmaq, elektron alətlərdən çox istifadə etmək;

4. Pis şeylər haqqında müntəzəm düşünmək, bədbin olmaq;

5. Bədxah, paxıl olmaq.
Və sairə.

Təbiblə müttəfiqlik anlayışına bunlar daxildir:

1.Yalnız canlı qidalar qəbul etmək;

2. Ciddi rejimə uyğun yaşamaq;

3. Gündə 8-10 km məsafəni iti addımlarla yerimək (ağır iş görənlərə aid deyil);

4. Hər gün özünütəqlinlə məşqul olmaq;

5. Xeyirxah olmaq.


Gələn dərslərimizdə bu maddələrin hər birini xırdalayacağıq.

Allah xalqımıza dərin zəka və möhkəm iradə versin!

***
(3-cü dərs)

İnsan niyə xəstələnir?

Hər insanı düşündürən bu vacib suala dəqiq cavab tapmaq üçün, biz, insan orqanizminə bir qədər yaxından nəzər salmalı olacağıq.

Öncə onu bilməliyik ki, hər birimiz 70 trilyon hüceyrədən “toxunmuşuq”. Bu mikrocanlılar bizim səhhətimizi qoruyur, fiziki və zehni fəaliyyətimizi təmin edir. Təkcə səhhətimiz deyil, ağlımız da, mənəviyyatımız da, əqidəmiz də, əxlaqımız da bu nəhəng ordunun durumundan asılıdır. Əgər bu sədaqətli keşikçilər gümrahdırsa, hər bir orqanımız və sistemimiz, bütövlükdə orqanizmimiz sağlam və gümrah olacaq, cism və ruhla bağlı heç bir problemimiz olmayacaq. Əgər onlar nasazdırsa, bu və ya digər orqan öz funksiyasını düzgün yerinə yetirə bilməyəcək. Tibb elmi buna XƏSTƏLİK adı verib.

Təbiblər xəstəliyi İMMUN SİSTEMİNİN (müdafiə xəttinin) ZƏİFLƏMƏSİ ilə izah edirlər.

Gəlin, araşdıraq: immun sistemi niyə zəyifləyir?

Hələ eramızdan çox-çox əvvəl dünya tibb elminin banisi Hippokrat deyirdi: “Biz - nə yeyiriksə, oyuq”.
Yəni, bizim durumumuz qidadan asılıdır. Düzgün qidalanan adam sağlam olmalıdır, düzgün qidalanmayan isə xəstə. Üçüncü yol yoxdur. Ola bilməz ki, sən qidalanma qaydalarını pozasan, özün də sağlam olasan və uzun ömr sürəsən!

Düzgün qidalanmayanda nə baş veriri?

Öncə onu deyim ki, qida yalnız çiy halda orqanizmə kifayət qədər vitaminlər, təbii duzlar, yağlar, nişasta, şəkər, spirt, turşular və digər zəruri elementlər daşıya bilir, hüceyrələri normal təchiz edir. Ölü qidalarda (bişmiş, duza və ya şəkərə qoyulmuş, hisə verilmiş və s.) üzvi elementlər (məsələn, kalium) qeyri-üzvi elementə çevrilir. Biz, bədənə ölü qida göndərəndə hüceyrələri ərzaqdan məhrum etmiş oluruq. Qidasız qalan və yaxud lazımi səviyədə qida almayan hüceyrələr get-gedə zəyifləyir və qırılır. Onların qoruduğu səngər qalır boş, həmin orqan sıradan çıxır.
Faciə bununla bitmir. Hüceyrələrin yeyə bilmədiyi qeyri-üzvi qida elmin “şlak” adlandırdığı zir-zibilə çevrilir, yığılıb bədəndə qalır və düşmən ordu üçün zəngin yem bazası yaradır.

Gəlin, “düşmən ordusu” ilə yaxından tanış olaq; Təbiətin “Əksliklərin vəhdəti” Qanununa uyqun olaraq, insan orqanizmində, hüceyrələrdən başqa, onlara zidd gedən mikrocanlılar da yurd salıb. Söhbət virus daşıyıcısı olan mikroblardan gedir. Onların sevimli qidası hüceyrələrin yeyə bilmədiyi “şlak"dır. “Şlak anbar” dolu olanda vicudda faciəvi proses gedir. Bizim müdafiəçilər zəyifləyib sürətlə qırıldığı və səngərləri müdafiəsiz qoyduğu halda, mikroblar eyni sürətlə artıb-törəyir və boş səngərləri tutur. Ayrı-ayrı orqanlar sıradan çıxır. Tibb elminin təbiri ilə desək, kəskin xəstəlik xroniki xəstəliyə çevrilir və insan dərmanlara möhtac qalır.

Bu halı yaradan ikinci mühüm səbəb uzlaşmayan qidaların qarışdırılmasıdır. Bu, ayrıca bir söbətin mövzusudur.
Ya Rəbbim, sən xalqıma dərin zəka və möhkəm iradə əta et!

Ərşad ƏZİMZADƏ
(“Ana Təbiət” NGM rəhbəri, yazıçı-jurnalist)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO