Rəcəb Tayyib Ərdoğan Rusiyada ilin siyasətçisi titulunu qazanıb
Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırıb.
Onun seçilməsinə səbəb kimi Rusiya-Ukrayna müharibəsindəki fəal vasitəçiliyi göstərilib.
Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:
“Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb”.
BECAN.AZ