Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu martın 16-da Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.
“Beləliklə, biz, müqavilə layihəsi üzrə müzakirələrin dördüncü mərhələsinə keçdik. Hər şeyi müzakirə edib, yaxın vaxtlarda mövqeyimizi təqdim edəcəyik. Biz, sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, - Paşinyan deyib.