Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) dəyəri 2022-ci illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.“Report” xəbər verir ki, bu barədə bankın “Asian Development Outlook” hesabatının aprel sayında bildirilir.
Sənədə əsasən, bank 2024-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM artımın 2,8 % olacağını gözləyir.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda adambaşına düşən ÜDM-nin bu il 3 %, gələn il isə 3,2 % böyüyəcəyini proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun dəyəri 43,4 % artaraq 13 292 manat olub.
2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 4,6 % çox ÜDM istehsal olunub.