Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə bu gün Ankaraya səfər edib.
Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Lavrov Türkiyə tərəfi ilə energetika, Ukraynadakı situasiya, taxıl sazişinin icrası, həmçinin Qarabağda vəziyyətin normallaşması və Ankara-Dəməşq dialoqu mövzularında müzakirələr aparacaq.