İrəvanda Ermənistan, İran və Hindistan Xarici İşlər Nazirlikləri (XİN) arasında ilk üçtərəfli siyasi məsləhətləşmələr keçirilib.Bu barədə Ermənistan XİN məlumat yayıb.
Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan, İranın xarici işlər nazirinin köməkçisi Seyid Rəsul Musəvi və Hindistan XİN-in Regional Baş İdarəsinin rəisi Citender Pal Sinqx iqtisadi və regional kommunikasiyaları, eləcə də digər məsələləri müzakirə ediblər.
Becan.az