İtburnu - sağlamqalma və cavanlaşma dərmanı

12:05 30.04.2023 2 090
İtburnu - sağlamqalma və cavanlaşma dərmanı

Təbiətdə rast gəlinən dərman bitkilərindən istifadə son illərdə həm ölkəmizdə, həm də bütün dünyada geniş yayılmışdır. Bununla da alternativ təbabətə maraq gündən-günə artır.

Həmin müalicəvi bitkilərdən biri də itburnudur. Təzəsi və qurudulmuşundan hazırlanan çayı və hətta marmeladı ilə hər mövsüm geniş şəkildə istehlak edilən itburnu sağlamlıq üçün olduqca faydalıdır. Qidalanma dəyəri çox yüksək olan itburnu vitamin və minerallarla zəngindir. Bununla belə, tərkibində orqanizmi bir çox xəstəliklərdən qoruyan bitki komponentləri də var. İtburnu bitkisinin vətəni Türkiyədir. Sentyabr və oktyabr aylarında meyvə verir.


Təbiətin nemətlərindən biri olan bu meyvənin sağlamlığa faydaları çoxdur:

Əla antioksidantdır

Polifenol komponentlər, C və E vitaminləri və karotinoidlər kimi antioksidantlarla zəngin itburnu meyvəsi tanıdığımız ən güclü antioksidant meyvələrdən biridir. Bu xüsusiyyəti sayəsində itburnu maddələr mübadiləsini tənzimləyir, oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir, sərbəst radikalları neytrallaşdırır və stresi azaldır. Buna görə də xərçəng, ürək-damar və xroniki xəstəliklərə qarşı təbii qorunmanı təmin edir.

Ürək-damar xəstəliklərindən qoruyur

Yüksək antioksidant tərkibinə görə itburnu meyvəsi ürək-damar xəstəliklərinə qarşı qorunmanı təmin edir. Bundan əlavə, tərkibindəki C vitamini sayəsində damar quruluşunu qorumağa kömək edir. Beləliklə, aterosklerozdan (damarların qalınlaşması və sərtləşməsi) qorunmanı təmin edir. Qan təzyiqi, pis xolesterin olaraq bilinən LDL səviyyəsini aşağı salmaq kimi təsirləri olan itburnu ürək xəstəliklərindən qorunmaq istəyən şəxslərin mütləq istehlak etməsi lazım olan qidalar arasındadır.


Şəkər xəstələri üçün də faydalıdır

Diabet xəstələrində qan şəkərini balanslaşdırır.
İtburnu insulin həssaslığını artırmaq və qan şəkərinin tənzimlənməsini dəstəkləmək kimi təsirlərə malikdir. Bu şəkildə insulin müqaviməti olan xəstələrdə tip-2 diabetin inkişafının qarşısını almağa və diabet xəstələrində qan şəkərini tənzimləməyə kömək edir.

İtburnunun immunitetə təsiri

İmmunitet sistemini gücləndirir.
C, A və E vitaminləri və polifenollarla çox zəngin olan itburnu orqanizmi infeksiyalardan qoruyan limfositlərin istehsalını artırır. Yoluxucu xəstəliklərə qarşı immunitet reaksiyasını gücləndirir.

Pəhriz saxlayanlarda arıqlamağa kömək edir.
Bəzi elmi araşdırmalara görə, meyvədəki tilozid adlı antioksidant maddə piylərin parçalanmasını sürətləndirir və çəki artımını azaldır.

Mədə-bağırsaq xəstəliklərini sakitləşdirir.
İtburnu meyvəsi və ya çayı mədənin pH balansını dəyişdirdiyi üçün mədə xəstəlikləri olan insanlarda xora əmələ gəlməsinin qarşısını alır. İshalın sağalmasında çox təsirlidir.

İtburnunun digər faydaları

Dərinin erkən qocalmasının qarşısını alır.
Bədən zülallarının böyük bir hissəsini təşkil edən, dərinin bərpası, elastikliyi və yaraların sağalmasında əsas rol oynayan protein kollagendir. İtburnu bitkisində çox yüksək səviyyədə olan C vitamini kollagenin istehsalını stimullaşdırır. Bu sayədə dərini günəşin zərərli şüalarından qorumaq, daha sıx və gənc görünüşü təmin edir, qırışların və incə xətlərin əmələ gəlməsini gecikdirir. Eyni zamanda, itburnu bitkisində olan karotinoid növü olan astaksantin kollagenin parçalanmasının qarşısını alaraq yaşlanma ilə bağlı dəri problemlərinin qarşısını almağa kömək edir. Digər karotenoidlər və xüsusilə A vitamini və likopen baxımından zəngin bir meyvə olan itburnu müntəzəm istehlakı dərinin zərərli xarici amillərdən qorunmasında çox təsirlidir.


Ağrı və iltihabı azaldır

Qalaktolipidlər və polifenollarla çox zəngindir, iltihabı və oynaq ağrılarını azaltmaqda əhəmiyyətli təsirləri var. Bu şəkildə osteoartrit və revmatoid artritli xəstələrdə oynaq ağrılarını aradan qaldırmaqda, autoimmun xəstəliklər və xroniki infeksiyalarda iltihabı azaltmaqda təsirli ola biləcəyini göstərən araşdırmalar var.

Yuxarıda göründüyü kimi, bir çox sağlamlıq faydası olan itburnu bitkisinin bel ağrısı, həzm problemləri, öd durğunluğu və sidik yolu infeksiyaları kimi bir çox sahədə də fayda verdiyini göstərən araşdırmalar var. Bu müsbət təsirlərin bir çoxu ilə bağlı elmi araşdırmalar hələ də davam edir.

İtburnu meyvəsi ölkəmizdə müxtəlif formalarda geniş şəkildə istehlak edilən bir qidadır. Xalq arasında ən məşhur bitki çaylarından biri itburnu çayıdır. Xüsusilə qış aylarında əksər insanların istehlak etdiyi itburnu çayının sidikqovucu təsiri də olduğu üçün bədəndəki ödemi aradan qaldırmaq, sidik yolu infeksiyalarından qorumaq kimi faydaları var.

QEYD: Herba Flora şirkətində itburnu meyvəsi həm sadə, həm də filtr-bağlama şəklində istehsal edilir.(Füzuli HÜSEYNOV)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO