"Tarixi Əskipara kəndi Bakının tərkibinə qaytarılır".
Erməni mediasına istinadən xəbərdə qeyd edilir ki, “Mülki müqavilə” fraksiyasından olan erməni deputat Tsovinar Vardanyan bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin dünən Moskvada Rusiyanın vasitəçiliyi ilə konkret olaraq nə barədə razılığa gəldikləri haqda bir məlumatı yoxdur:
"Lakin onu bilirəm ki, Noyanberyan rayonunun Vaskepar kəndində (Əskipara) yaşayan erməni əhaliyə bildirilib ki, bu ərazi Azərbaycan Respublikasına qaytarılır".
Becan.az