Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti qolunu vurub.25 yaşlı forvard Superliqanın sonuncu - XXXVIII turunda səfərdə "Beşiktaş"ın qapısına yol tapıb.
İkinci hissədə meydana daxil olan forvard meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib - 2:2.
Bu, Emrelinin "Konyaspor"da 2-ci qolu olub.
Becan.az