Paris yaxınlığındakı Ay-le-Roz kommunasının bələdiyyə sədrinin evi hücuma məruz qalıb.Bir qrup aksiyaçı bələdiyyə sədrinin həyətinin qapısını avtomobillə qırdıqdan sonra, avtomobil yandırılıb.
Bələdiyyə sədrinin arvadı 2 azyaşlı uşağı ilə qaça bilsə də, ağır xəsarət alıb. Hadisə zamanı sədr iş yerində olub.(APA)