Azərbaycanda bu yanacaq növlərinin qiyməti artacaq

12:04 12.07.2023 2 063
Azərbaycanda bu yanacaq növlərinin qiyməti artacaq

“Azərbaycanda benzinin qiymətinin aşağı düşəcəyi ilə bağlı fikir səsləndirənlər yanlış fikirdədirlər. Ona görə ki, “Aİ-92” benzini “Avto-2” standartına uyğun istehsal edilir. 2015-ci ildən etibarən başlayan Heydər Əliyev adına Neftayırma zavodunun modernizasiyası prosesi 2018-ci ildən sonra intensivləşib. Yaxın illərdə “Avro-5” standartına uyğun yanacağın istehsal olunması məqsəd kimi qarşıya qoyulub”.

"Bizim.media" bildirir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, zavoda 4 milyard manat kapital qoyuluşu həyata keçirilib. Mərkəz rəhbəri qeyd edib ki, dünya bazarında benzinin qiyməti kifayət qədər bahadır və zavoda bu qədər kapital yatırılıb, bəs bundan sonra “Aİ-92” və digər markalı benzinlərin qiyməti ucuzlaşa bilərmi?

İlham Şaban bunun mümkün olmadığını söyləyib və həm dizelin, həm aşağı dərəcəli benzinin qiymətinin bahalaşacağını diqqətə çatdırıb:

“Ancaq “Aİ-95” markalı benizinin qiyməti aşağı düşəcək. “Aİ-92” markalı benzin və dizelin bahalaşmasının isə iki səbəbi var. Birincisi, əməliyyatlarla bağlıdır ki, bu da daha keyfiyyətli və bahalı prosesdir. İkincisi isə odur ki, artıq zavodun kapital xərcləri nəyinsə hesabına geri qayıtmalıdır. Yəni, bu vəsait istehlakçıdan çıxılmalıdır”.

Bir neçə il ərzində Azərbaycanın hasil etdiyi neftin həcminin azaldığını söyləyən ekspert, vurğulayıb ki, bu proses ola bilsin, gələn ildən başlasın:

“Bu da H.Əliyev adına Neftayırma zavodunun layihə gücü üçün yetərli deyil və biz xaricdən neft idxal etməyə məcbur olacağıq. 2030-cu ildə isə bu hasilat daha da azalacaq və hasilat 2-3 milyon tona düşəcək. Zavodun istehsal gücü isə 7.5 milyon tondur. Yerdə qalan isə idxal olunan neft olacaq. Bu baxımdan da istehlakçılar özlərini bahalı yanacağa kökləməlidirlər”.

Azərbaycanda benzinin ucuzlaşması üçün heç bir əsasın olmadığını deyən İ.Şaban, benzinlə dizel arasında xeyli fərq olduğunu bildirib:

“Əvvəl dizel 40 qəpiyə satılırdı, ancaq indi 80 qəpiyə çatıb. 2017-ci ildən sonra ölkədə dizelin istehlakı 3 dəfə artıb. Bu yanacaqda ekologiyanı pozan əsas amil Avropadan ölkəyə köhnə və istehsal müddəti bitmiş avtomobillərin gətirilməsi ilə bağlıdır. Hökumət yanacağın qiyməti ilə ölkəyə gətirilən avtomobillərin sayını da tənzimləyir. Əgər qiymətlər aşağı düşsə, bu dəfə ölkəyə daha çox avtomobil daxil olacaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}