Yunanıstanda meşə yanğınları davam etdirir.Xəbər verilir ki, yanğınla mübarizəyə Fransa və İtaliyadan da dəstək gəlib.
Ölkədə yanğınların əsas mərkəzləri Attika və Korinf elan edilib.
Qərbi Attikanın 4 kəndli Dervenochoria bələdiyyəsində baş verən yanğın hələ də söndürülməyib.
Havadan 7 təyyarə və 9 helikopter alovla mübarizə aparır.
Əməliyyatda olan təyyarələr arasında Avropa Mülki Müdafiə Mexanizmi ilə İtaliya və Fransadan Yunanıstana göndərilən 4 təyyarə də var.
Rumıniyadan köməyə daha 50 yanğınsöndürən və 10 maşın göndərilib.
Qeyd edək ki, sabah Slovakiyadan 31 yanğınsöndürən və 15 texnika, Polşadan isə 149 yanğınsöndürən və 49 texnika göndəriləcək.
Bu gün İsraildən Yunanıstana daha iki yanğınsöndürmə təyyarəsinin gəlməsi gözlənilir.
Becan.az