Böyük SÖZ FATEHİ

13:13 12.09.2023 1 638
Hansı çıxışına baxırsan, içindən XALQ çıxır...

Böyük SÖZ FATEHİ

Orxan Fikrətoğlu! Bu ad Azərbaycana, bütün Türk dünyasının yazarlarına, ədəbiyyatsevərlərinə, publisistlərinə yaxşı tanışdır. Vətənimin kiçik kəndindən tutmuş böyük şəhərlərinədək, - hələ türk dünyasının istənilən obasını, elini, aulunu demirəm, - hər yerdə Orxana sevgi var, məhəbbət var. Orxan Fikrətoğluna olan sevginin, məhəbbətin sərhədi yoxdur. Ona görə yox ki, o, görkəmli şair, çağdaş poeziyamızın tanınmış nümayəndəsi Fikrət Sadığın oğludur. Bəlkə bu amil də var. Bildiyim isə budur ki, yazıçı, jurnalist, rejissor, ssenarist, aktyor və orijinal düşüncə sahibi olan yaradıcı ziyalı Orxan Fikrətoğluna söz Haqdan gəlib, yaradıcılıq gücünü, qabiliyyətini ulu Yaradanımız bəxş edib. Çünki Allahın çox gözəl bəndəsidi Orxan Fikrətoğlu.


Bu istedad sahibini əsasən “Günay” qəzetindən və teleməkanda öz dövrünün ən baxımlı telekanalı olan ANS-dən, özünün bilavasitə müəllifi olduğu verilişlərdən tanıyıram. Duzlu-məzəli söhbətləri, maraqlı diskussiyaları ilə tamaşaçı qəlbinə yol tapan Orxan hər verilişdə yenilik yaradır, qəzetinin simasını həm özünün köşə yazıları, müxtəlif müəllif yazıları ilə oxunaqlı edirdi. Mən, onun həmin fəaliyyətini çoxdan bu sahədə qələm çalan bir jurnalist kimi görmüşəm, izləmişəm. Onu tanıyanların çoxu bilir ki, Orxan təmiz, saf, pak əqidəli qələm sahibidir, əsasən satiraya, satirik publisistikaya, poeziyaya meyllidir. Yaxşı yadımdadır, mərhum satirik şairimiz, "çağdaş dövrümüzün Sabiri" adlandırılan Baba Pünhan söhbətlərinin birində dedi ki: "Orxan böyük ziyalıdır, talantlı gəncdir, belə yazarları, söz sahiblərini irəli çəkmək, qayğısına qalmaq və əsas da onları qorumaq lazımdır. Bu, bizim boyunumuzun yüküdür..." Allah sənə rəhmət eləsin, Baba Pünhan! Bu gün sənin yerin necə də görünür! Sənin özünə də, sözünə də, poeziyana da ehtiyacımız var.


Məncə, Orxan Fikrətoğlu timsallı ziyalılarımız Haqq sözünün sahibi kimi, Allaha bir köynək yaxın olan insanlardır. Belə ziyalılar insanlara doğru yol göstərir, onları düzgünlüyə, haqq-ədalətə səsləyirlər. Ömrü boyu “haqq” deyib, “haqq” çağırıb, haqq eşqinə yazanları bəxtəvər hesab edən Orxanın Haqq işığından nur alaraq ərsəyə gətirdikləri, onu daha əvvəl Haqqı görmək müstəvisində vəhdəti-vücud səviyyəsinə yetişərək, sonsuz ləzzəti dadmış İmaməddin Nəsimi, Yunus Əmrə, Cəlaləddin Rumi, Məhəmməd Füzuli ilə bir mərtəbəyə yüksəldir.

Azərbaycan ədəbiyyatının ləyaqətli nümayəndələrinin, müqtədir söz sahiblərinin qədrini bilir Orxan Fikrətoğlu. Vaxtilə müəllifi olduğu müxtəlif verilişlərində həmin söz sahiblərinin yaradıcılığından gətirdiyi nümunələr bu fikrimin həqiqət olması fikrini aşılayır.

Orxan Fikrətoğlu bir araşdırmaçı kimi də əvəzolunmaz araşdırmaçıdır, tənqidçi kimi tayı-bərabəri yoxdur, insan kimi gözəl insandır, eloğlu kimi gözəl eloğludur. Onun üçün Vətən torpağının hər qarışı əzizdir, doğmadır. Onun üçün ayrı-ayrı bölgə yox, bütöv Azərbaycan var. Elə buna görədir ki, bütün çıxışlarında eyni hiss, həyəcan, Vətən məhəbbəti, yurd sevgisi hiss olunur.
Dostum, böyük ziyalımız, publisistimiz, istedadlı yazarımız Xeyrulla Ağayevin təbirincə desək, Orxan Fikrətoğlu qeyri-adi istedad sahibidir. İstedad bir çoxunda ola bilər. Amma qeyri-adi istedad hər adamda ola bilməz. Bu, bir faktdır, məlum həqiqətdir, danılmaz gerçəklikdir ki, Orxan Fikrətoğlu klassik ədəbiyyatımızı əzbər bilir, şeirimizi gözəl təhlil, analiz edir, satiramıza öz baxışı, münasibəti var. Bütün bunlar hamısı Allah-Təalanın ona verdiyi qeyri-adi qabiliyyət və fitri istedaddır.


Nadir özəlliklərə malik şəxslər və onları təqlid etməyə çalışanlar haqda belə bir məsəl işlədirlər: “Filankəs bəhmənkəsin ayaqqabısını geyinər, amma yerişini yeriyə bilməz”. Orxan heç kəsin ayaqqabısını geyinməyib və onun da heç kim nəinki yerişini yeriyə, hətta, heç ayaqqabısını belə geyinə bilməz. Çünki elə onun varlığı bu xalqa, bu millətə bəsdir. Çünki, o, sözün həqiqi mənasında, bütün varlığıyla, cismi-canıyla Azərbaycan xalqının, Azərbaycan torpağının fanatıdı, vurğunudu. Bu fanatlıq, bu vurğunluq onun hər yazısında, çıxışında hiss olunur.

Orxan haqda fikrimi qısaca olaraq, belə ifadə edə bilərəm: “Böyük söz Fatehi”! Və nədənsə mənə elə gəlir ki, bu fikrimlə çoxu razılaşacaq. Bəlkə də, bu, elə, doğrudan da belədir. O, aydın, axıcı, “durnanın gözündən də duru” sözlərdən istifadə edir, sözün gücü ilə hədəfi sərrast vurur, oxucuya, tamaşaçıya Orxana vaxtını boş yerə ayırmadığını sübut edir. Dupduru fikirlər, dupduru kəlmələr ərsəyə gətirir. Hansı çıxışına baxırsan, içindən XALQ çıxır...


Bu günlərdə daha bir şair-jurnalist, dostum Bəhruz Məmmədovun feysbukda paylaşımını gördüm. Paylaşımda deyilir: “Sonradan bir çox filmlərin ssenari müəllifi olan Orxan Fikrətoğlu hələ 1991-ci ildə gənc yaşında Ramiz Əzizbəyli və Vaqif Səmədoğluyla birgə sevə-sevə izlədiyimiz "Bəxt üzüyü" filminə ssenari yazıb. İnanıram ki, ölkəmizin və dünyanın mədəni aləminə bələd olan "köhnə azərbaycanlı"mız kinomuza yeni nəfəs gətirəcək. Facebook səhifəsində son paylaşımında Azərbaycan kinosunun yeni mərhələyə addımlamağından söz açan sənətkarımıza bu yolda uğurlar diləyirik”.

Orxan Fikrətoğlunu tanıyanlar, onun şəxsiyyətinə, yaradıcılığına bələd olanlar bilirlər və öz paylaşımlarında bu ümiddədirlər ki, o, Azərbaycan kinosunun irəliləməsi, daha da inkişaf etməsi üçün var qüvvəsi ilə çalışacaq, Azərbaycan kinosunun dirçəlməsi sahəsində bütün imkanlardan istifadə edəcək.


Mən də Orxan Fikrətoğlunu yaxından tanıyan yazar kimi, bilirəm ki, o, harada çalışıbsa, həmin sahəyə fayda gətirib, novatorluğunu nümayiş etdirib, adı, sanı üçün yox, o sahənin yaşaması üçün sədaqətlə çalışıb, əziyyət çəkib, tamaşaçıya uğurlu bir layihə, təqdirəlayiq iş təqdim edib. Yeni sahədəki fəaliyyəti də, inanırıq ki, ona uğurlar, bizə də sevinc, fərəh gətirəcək.

Düşünürəm ki, zəmanə, onun dəyişməsi məfhumları nisbidir. Zamanı intervallara bölən də, həmin intervalları bir-birindən fərqləndirən də, həmin fərqləndirici əlamətləri yaradan da, həmin əlamətlərin özü kimi xidmət edən də məhz insandır. Orxan Fikrətoğlu kimi insanlar gec-gec dünyaya gəlirlər, yaşadıqları zamanın içində itib-batmır, əksinə, məhz həmin zamanın simvoluna çevrilirlər…


Və sonda deyim ki, Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlayıb. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının, Dövlət Kino Komitəsinin, "AzərTelefilm"in, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, “Mozalan” Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii, üç publisistik kitabın müəllifidir.


İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və dünyanın bir çox ölkəsində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyası”na düşüb.

Orxan Fikrətoğlunun "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi" pyesləri ölkə teatrlarında səhnələşdirilib. Ssenariləri əsasında onlarla film çəkilib.

Və Orxan Fikrətoğlu azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviridir.

Daşdəmir ƏJDƏROĞLU,
jurnalist
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:51

Dekabrın 1-dən ölkə ərazisində yağmur gözlənilir

12:46

Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişir

12:41

Müharibə iştirakçıları ilə bağlı yeni TƏKLİF

20:32

Sumqayıtda zibil qabları günlərlə daşınmır - FOTO

20:15

Hərbi ekspert həbs edilib

13:00

70 kg qızılla tutulan azərbaycanlının kimliyi bəlli olub

11:36

"Tramp keçmişdə baş verənlərdən nəticə çıxartmalıdır"

11:25

Rusiya ilə danışıqların mənası yoxdur...

11:13

"Berbokun Bakıya qarşı ittihamları əsassızdır"

17:12

Ukrayna Prezidenti bəzi məşhurları fəxri adlarından məhrum etdi

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO