İran və Ermənistan XİN başçıları arasında telefon danışığı olub.Xəbər verilir ki, İranın xarici işlər nazir Hüseyn Əmir Abdullahiyan erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.
Məlumata görə, tərəflər arasında Cənubi Qafqaz regionunda baş verən cari proseslər, ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi yolları müzakirə edilib.
İranın XİN rəhbəri telefon danışığında bölgədə davamlı sülhə nail olmaq üçün mübahisələrin kökündən həllinin zəruriliyinə toxunub.
O, habelə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.
Becan.az