Soyuq atların ən populyar meyvəsi "mandarin" – narıngi, sən demə, qaraciyərə zərərli imiş.“Medicina” xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb:
“Hər gün "mandarin" yeyənlər qaraciyərlə bağlı problem yaşaya və kökələ bilərlər.
Bu meyvədə sadə karbohidratlar çoxdur, onlar qanda şəkəri çox güclü qaldırır. Əgər gündəlik normadan artıq, yəni 2 ədəddən çox yesəniz, artıq şəkər qaraciyərdə depolanacaq. Bu isə yağlı qaraciyər – hepatoza səbəb olacaq.
İdmanla məşğul olanlar, müntəzəm fiziki aktiv olanlar günə 200 qram təmizlənmiş naringi yeyə bilər.
Amma qalan insanlar 100 qramdan artıq yeməməlidir.
Kimlərə qəti surətdə naringi olmaz: diabet xəstələri, hamilələr, allergiklər, azyaşlı uşaqlar, qaraciyər piylənməsi olanlar.
Naringi qabıqlarını yemək, çaya atmaq məsləhət deyil, çünki naringi uzun müddət qalsın deyə, çox pestisif vurulur”.