Qazdan istifadə ilə bağlı limitlərin yenilənməsi və digər məqamlarla bağlı SOCAR-ın “Azəriqaz” İB-nin şöbə rəisi Eldəniz Vəliyev açıqlama verib.
E.Vəliyev bildirib ki, smart kart tipli sayğaclar 31 dekabrdan 1 yanvara keçən gecə, saat 00:00-dan etibarən avtomatik olaraq yenilənəcək.
O, qeyd edib ki, mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvardan etibarən reallaşacaq:
“Ümumilikdə isə narahatlıq üçün əsas yoxdur. Çünki abonentlər üçün 365 günün tamlığı qorunur”.Becan.az