Ağac bəzəmək tamamilə türk adətidir

11:10 30.12.2025 882
Ağac bəzəmək tamamilə türk adətidir

Ağac bəzəmək tamamilə türk adətidir və Avropaya qədim türklərdən keçib. Qədim türklərdə yerin göbəyindən göyə qədər bir ağac təsəvvürü var idi və buna Həyat Ağacı deyilirdi.

Bu təsəvvür şumer türklərində də var idi. Araşdırsaq, görərik ki, Türküstanda hələ də 22 dekabr qış gündönümündə evlərinə Akçam ağacı gətirib, budaqlarına gələn il üçün Tanrıdan nəzir-niyaz elədikləri şeylər üçün şərit bağlayırlar. İslam və xristianlıq dini yaranmamışdan çox-çox əvvəl qədim türklərin məişətində mövcud olmuş bu ağac bəzəməyin, həmçinin soyuq havalarda ortaya çıxan və yoxsullara kömək edən "Ayaz Ata" adlanan indiki Şaxta babanın xristianlıqla heç bir əlaqəsi yoxdur, çünki o vaxt xristianlıq dini hələ yaranmamışdı və onun yarandığı Fələstin, Qüds ərazilərində bu ağacı heç tanıyan da yox idi. Bu adət yüzillər sonra türklər (hunlar) Avropaya axın etdikcə, xristianlıq dinini qəbul etdikdən sonra ora gedib çıxmış, XVI əsrdə Avropadan dünyaya yayılmış, Ayaz Atadan götürülmüş Şaxta baba başqa mədəniyyət kimi təzədən qarşımıza çıxmışdır.

Qədim türklərə görə 22 dekabrda Günəş qaranlığa qalib gəlir, yenidən doğulur, ona görə də həmin günə NARDUGAN deyilərdi. Nar – Günəş, Dugan-Doğan. Nardoğan, yəni doğulan günəş. Türklər Nardoğanda Həyat Ağacını təmsil edən bir Akçam ağacının altına "dualar Tanrıya getsin" deyə hədiyyələr qoyur, ağacın ətrafında mahnılar oxuyub–oynayardılar. Yaşlı insanları ziyarət edib bir yerdə yemək yeyərdilər. Bu adət hələ də, tatarlar, başqırdlar, çuvaşlar, qaraçay və malkarlarda qorunub saxlanılır. Tatarlar bu bayrama “Koyaş Tuğa”, yəni “Günəş Doğan”, başkırdlar, udmurdlar “Narduqan” və ya “Marduqan”, mişar tatarları “Raştua”, çuvaşlar “Nartavan”, ya da “Nartuken”, zrizalar(zazalar) “Nardava”, mokşalar “Nardvan” deyirlər.

Həyat Ağacı motivi Hitit, Urartu, Səlcuqlu, Osmanlılarda da nəzərə çarpır. Həmin dövrlərə aid xalçalarda Həyat Ağacı motivləri aydın görünür. Nardoğanda ağac bəzəmək qədim türk xalçalarının əsas motivlərindəndir.

Muazzez İlmiyə Çığ,
dünya şöhrətli alim,
türkoloq, şumeroloq, arxeoloq
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO