“Qərb vəziyyəti səhv hesabladı, Rusiyaya qarşı sanksiyalar onu yalnız Çinlə əlaqələri gücləndirməyə sövq etdi”.
Becan.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib.
“Hesab edirəm ki, Qərb Şərqdəki hadisələri pis təhlil edib. Rusiyaya qarşı sanksiyalar onu Çinə doğru sövq edir. Qərbdə həmişə deyirdilər: “Rusiya ilə Çini parçalayaq. Əsl təhlükə Çindir”. Bu siyasət dalana dirənib”- deyə, o, bildirib.