Moskva məhkəməsi Aleksey Navalnıya ekstremizm işi üzrə 19 il həbs cəzası verib.
Hökmə əsasən, Navalnı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
O, ekstremist təşkilat yaratmaqda, o cümlədən onun işində iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, buna açıq çağırışlar etməkdə və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.
Prokuror onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə ciddi rejimli cəza çəkməsində olmaqla 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Becan.az