Yatmazdan əvvəl bir dilim heyva yemək sağlamlığa faydalıdır.Xəbər verilir ki, adətən payızda yetişən bu meyvə təzə, marmelad, mürəbbə, kompot kimi fərqli şəkildə istifadə edilə bilər.
Kalium, maqnezium, manqan və C vitamini ilə zəngin olan heyva xüsusilə sinir sistemi və əzələ funksiyaları üçün vacibdir.
Heyva şəkəri ən az olan meyvələrdəndir və qan şəkərini artırmır, lazımsız kalori vermir. Bu səbəblə rahatlıqla yeyə bilərsiniz.
Gecələr heyva yemək iştahanı yatırır və yüksək lif tərkibi sayəsində toxluq hissi yaradır.
Yuxudan əvvəl yeyilən bir dilim heyva gecə boyu orqanizmin qan şəkərini balanslı saxlamağa kömək edir.
Heyva mədə sağlamlığını qoruyur və turşu əmələ gəlməsinin qarşısını alır. Sinəni yumşaldır və öskürəyin qarşısını alır.
Becan.az